Siyasət

Milli Məclisin deputatları Latviyaya gedir

  • 20 Jul 2018
  • 155148 baxış

Milli Məclisin deputatları - Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və qrupun üzvü Rüstəm Xəlilov iyulun 22-də Riqaya səfər edəcəklər.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, səfərin məqsədi Latviya Bələdiyyələr İttifaqının təşkilatçılığı ilə keçiriləcək seminarda iştirak etməkdir.

Seminar yerli özünüidarəetmə orqanları ilə bağlı yeni layihələrin həyata keçirilməsi, bu sahədə əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi məsələlərinə həsr olunub.

Deputatlarımız müzakirələr zamanı çıxış edəcək, qeyd olunan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Millət vəkilləri, eyni zamanda, Azərbaycan Ticarət Evinin açılış mərasiminə də qatılacaqlar.

Səfər iyulun 25-də başa çatacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR