idman

Alisson rekord qiymətə \"Roma\"dan \"Liverpul\"a keçib

  • 20 Jul 2018
  • 154554 baxış

İngiltərənin "Liverpul" klubu İtaliyanın "Roma" klubunun braziliyalı qapıçısı Alison Bekeri rekord qiymətə transfer edib.

XalqTV.com APA-ya istinadən bildirir ki, bu barədə "Roma" klubunun mətbuat xidməti xəbər verir.

Transferin qiyməti 72,5 milyon avro təşkil edib. "Roma" onlardan 62,5 milyon avro birbaşa, 10 milyon avro isə bonus şəkilində alacaq.

Daha əvvəl Britaniyanın "The Times" bildirib ki, braziliyalı qapıçı ilə "Liverpul" klubu arasında 6 illik müqavilə bağlanıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR