idman
Millimiz təlim-məşq toplanışına start verdi
Bu gündən qadınlardan ibarət voleybol yığmamızın Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışı başlayıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Faiq Qarayev ilk həftədə fiziki hazırlığa diqqət yetirəcək.
Komanda açıq havada qaçacaq və fitnesdə məşq edəcək.
Avqustdan etibarən isə taktiki-texniki hazırlığa üstünlük verəcək.
Qeydedək ki, millimiz zalda məşqlər keçməklə yanaşı, müxtəlif komandalarla yoxlama oyunları keçirəcək.
XalqTV.com
RƏYLƏR