idman

Sabiq \"Qalatasaray\"lı \"Akhisar\"da

  • 19 Jul 2018
  • 155280 baxış

Türkiyə kubokunun son qalibi "Akhisarspor" heyətini yeni futbolçu ilə gücləndirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı Jozueni transfer edib.

Türkiyəni Avropa Liqasında təmsil edəcək bu klub yarımmüdafiəçi ilə neçə illik müqavilə imzalandığını açıqlamayıb.

Karyerasına "Porto"da başlayan 27 yaşlı oyunçu 2014/15 mövsümündə "Bursaspor"a transfer olunub. Jozue 2015/16 mövsümünün qış fasiləsində ölkəsinin "Braqa" klubuna icarəyə yollansa da, növbəti mövsüm "Qalatasaray"la müqavilə imzalayıb. Bu komandada 25 oyuna 2 qol vuran portuqaliyalı ötən mövsümü "Osmanlispor"da keçirib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR