idman

Türkiyəli model-aktrisanın cəzası bəlli oldu

  • 18 Jul 2018
  • 154973 baxış

Xəbər verdiyimiz kimi, türkiyəli model-aktrisa Ceren Hindistanı keçmiş həyat yoldaşı Ümit Aslan məhkəməyə vermişdi.

XalqTV.com axşam.az-a istinadən bildirir ki, buna səbəb Cerenin verilişlərdən birində Ümit haqqında fikirlər səsləndirməsi olub. "Duymayan kalmasın" adlı verilişə qonaq olan aktrisa efirdə bu sözləri səsləndirib:

"Ümit Aslan övladına təzminat ödəmir . Amma hər yerdə ödədiyini deyir. Mənə göndərdiyi 70 min lirənin təzminatla heç bir əlaqəsi yoxdur. Həm də mənə qarşı zor tətbiq edirdi".

>

Bir neçə gün əvvəl keçirilən məhkəmədə Ümitin tələbi qəbul edilməmişdi. Bu gün baş tutan məhkəmədə isə Cerenin keçmiş sevgilisi haqda danışmaması və onu təhqir, tənqid etməməsi qərarı verilib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR