idman
Millimizin son iki ev oyununun stadionu dəqiqləşdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2019-un seçmə mərhələsində keçirəcəyi son iki ev oyununun yeri dəqiqləşib.
XalqTV.com apasport.az-a istinadən bildirir ki, Rəşad Sadıqovun yetirmələri doğma azarkeşlər önündəki sonuncu iki görüşünü "Dalğa Arena"da keçirəcək.
Yığmamız sentyabrın 6-da İsrail, 11-də Norveçi bu stadionda qəbul edəcək.
Komandamız seçmə mərhələnin əvvəlki üç qarşılaşmasını da bu arenada keçirib. İrlandiyaya 1:3, Almaniyaya 0:7 hesabı ilə uduzan komandamız Kosovo ilə qolsuz heç-heçə edib.
Qeyd edək ki, 5-ci qrupda son matçını oktyabrın 16-da Norveçdə keçirəcək yığmamız 7 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.
XalqTV.com
RƏYLƏR