İqtisadiyyat

Sertifikatsız mexanizator pambıq yığa bilməyəcək

  • 18 Jul 2018
  • 155116 baxış

İyulun 23-də "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümyəndəliyindəki təlim-tədris mərkəzində mexanizatorlar üçün təlim keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən XalqTV.com-a verilən məlumata görə, təlimlərdə məqsəd cari ildə pambıq yığımının vaxtında və tam itkisiz həyata keçirilməsidir. Təlimlərə 19 rayon üzrə 230 mexanizator cəlb olunacaq.

Bir ay davam edəcək təlimlərdə mexanizatorlara pambıqyığan texnikalardan səmərəli istifadə, texniki qulluğun aparılması, əməyin mühafizəsi və digər sahələr üzrə məlumat veriləcək. Təlimləri uğurla başa vuran mexanizatorlar sertifikatla təltif olunacaqlar.

>

Hər hansı bir səbəbdən sertifikat əldə edə bilməyən mexanizatorlar pambıq yığımında iştirak edə bilməyəcəklər.

Yusif Nəsirli
XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR