SAĞLAMLIQ

Hovuz suyunu udsaq nə baş verər?

  • 17 Jul 2018
  • 154989 baxış

İctimai hovuzlarda xüsusən uşaqlar çox ciddi xəstəliklərə yoluxa bilərlər.

XalqTV.com medicina.az-a istinadən bildirir ki, bu barədə türkiyəli fitoterapist Buğra Buyrukçu açıqlama verib. O, udulan hovuz suyunun orqanizmi qorxunc xəstəliklərə yoluxdura biləcəyini deyib. 

"Udulan hovuz suyu dizenteriya, bağırsaq çöpü, tif, şiqella kimi saysız hesabsız bakteriyalara yol aça bilər" deyən mütəxəssis uşaqlarını hovuza aparan ata-anaları ehtiyatlı olmağa çağırıb: "Steril olmayan hovuzlar təhlükə saçır. Hovuza girənlərin gigiyena qaydalarına riayət etməməsi səbəbindən, su xlorlu da olsa, mikroblara, xəstəliklərə yoluxma qaçılmazdır. 

Bu vəziyyət xüsusən uşaqların sağlamlıq durumunu təhlükəyə atır. Qarınişləmə, qusma, qulaq, burun, boğaz və ya göz infeksiyası, dəri xəstəlikləri hovuzdan istifadə edənlərdə çox rast gəlinir".

B. Buyrukçu hovuza girən uşaqları bakteriya, virus və göbələklərdən qorumağın yollarını da açıqlayıb: "Hovuza girməzdən əvvəl mütləq duş alınmalıdır. Hovuzdan çıxdıqdan sonra da sabunla çimilməlidir. Uşaqlara hovuz suyunu udmamaq barədə ciddi xəbərdarlıq etmək lazımdır. 

>

Uşağın bədənində kəsik, sıyrıq və yaxud yara varsa, hovuza girməsinə qəti icazə verməyin. Təmizliyinə cüzi də olsa şübhə etdiyiniz hovuza girməyin". 

Fitoterapist hovuzdan çıxdıqdan sonra bakteriya və infeksiyaya yoluxmanın əlamətlərini də sadalayıb: "Həzm sistemində başlayan problemlər adətən uşaqlarda qarın ağrısı, qarınişləmə, qusma və bir az yüksək temperaturla müşayiət olunur. 

Belə olduqda, çox miqdarda su və pəhriz qidalanma ilə xəstəliyə müdaxilə etmək lazımdır. Əgər bunlarla da əlamətlər getməsə, o zaman həkimə müraciət edilməlidir. 

Hovuzdan sonra yaranmış qulaq və göz problemləri, göbələk xəstəliklərinə görə də mütəxəssislə məsləhətləşmək lazımdır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45768 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 637 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 640 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 608 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 715 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO