SAĞLAMLIQ

Halsız, yuxusuz, yorğunsunuzsa, bunları edin

  • 17 Jul 2018
  • 1548930 baxış

Hər bir xanım xırda məsləhətlərə ehtiyac duyur. Bu məlumatlar sizlərə həm mətbəxdə, həm də gözəlliyinizdə kömək ola bilər. 

XalqTV.com axşam.az-a istinadən maraqlı məsləhətlər təqdim edir:

Yay tətilini gümrah və şən keçirtmək üçün müntəzəm olaraq, səhərlər soyuq duş qəbul etməyə başlayın. Qorxmayın, sizə çətin gələcək, əvəzində orqanizm güclənəcək, daxili gərginlik və yorğunluq çıxacaq, yüngülləşəcəksiz.

Təzə sıxılmış meyvə şirəsi için. Şirə bir saat sonra mədə-bağırsaq yollarındakı şlakları və toksin maddələri çıxaracaq. Məsləhətdir: nar, alma, limon, kök, kələm.

İntensiv gimnastika məşğələlərini, trenajor və üzgüçülüklə məşğul olmağı təxirə salın. Əvəzində yüngül əzələ
hərəkətləri edin. Xüsusən, baş-boyun əzələlərini dairəvi hərəkət etdirin ki, beyninizə oksigen və qan yaxşı getsin.

Əzginlik və yorğunluqdan xilas olmaq üçün orqanizmin su ehtiyatını çoxaldın: gündə 2,5 litr təmiz, adi və ya mineral su için. Kofein tərkibli çay və kofedən isə maksimum uzaq olun. Nanə, çobanyastığı və limon dəmləməsi için.

Şirniyyat da orqanizmin enerjisini azaldır. Şokolad və konfeti xörəkdən sonra yeyin. Daha çox düyü, paxla və tərəvəz yemək lazımdır.

Qan təzyiqini normaya salmaq üçün gündə 3 dəfə, hər dəfə 20 damcı olmaqla gülümbahar çiçəyinin (kalendula) spirtdə məhlulunu qəbul edin. Belə etsəniz, başağrıları gedər, yuxu normaya düşər və iş qabiliyyətiniz artar.

XalqTV.com 

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45755 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 627 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 628 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 600 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 703 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO