idman
Musa ən çox qazanan afrikalı futbolçu ola bilər
"ÇSKA" klubunun keçmiş hücumçusu Əhməd Musa karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Musa Ər-Riad şəhərini təmsil edən "Al-Nasr" komandasına keçməyə hazırlaşır. Daha doğrusu, ərəb klubu bu futbolçunun transferinə lazımi qədər vəsait ayıracağını bəyan edib. Transferin məbləği açıqlanmır. Amma bu transferdən sonra nigeriyalının ən çox qazananan afrikalı futbolçu olacağı deyilir .Əhməd Musanın satış hüququ "Lester" komandasına məxsusdur. Transfer baş tutarsa, bu klub 30 milyon funt əldə edəcək.
XalqTV.com
RƏYLƏR