SAĞLAMLIQ

Orqanizmin proteinə ehtiyacı olduğunu göstərən 8 ƏLAMƏT - MÜTLƏQ OXUYUN! - FOTO

  • 16 Jul 2018
  • 155171 baxış

Bədənin ən çox ehtiyac duyduğu qida dəyərləri arasında zülal ilk sırada yer alır. Buna baxmayaraq, aparılan tədqiqatlara görə, dünyada 1 milyard insan zülal çatışmazlığı problemi ilə qarşılaşır. Orqanizmin zülala ehtiyac duyub-duymadığını anlamaq olduqca asandır.

XalqTv.com bu yazıda oxucuları bədənin proteinə ehtiyacı olduğunu göstərən əlamətlərlə tanış edir:

Zülal çatışmazlığı orqanizmdə bir sıra sağlamlıq problemlərinə yol açır. Aparılan araşdırmalara görə, xüsusilə ərzaq qıtlığının olduğunu Orta Afrika və Cənubi Asiya regionlarında əhalinin çoxu zülal çatışmazlığı problemindən əziyyət çəkir.

Aclıq hissi

Bütün gün ərzində özünüzü ac hiss edirsinizsə, bu, zülal çatışmazlığının əlamətləri ola bilər. Problem davam edərsə, həkimə müraciət edin.

Zehni yorğunluq

Yaddaşda zəiflik, müvazinət pozğunluğu və qavrama problemlərinin əsas səbəbi zülal çatışmazlığıdır. Bu kimi problemlərlə tez-tez qaşılaşırsınızsa, həkimə gedin.

Yuxusuzluq

Orqanizmin zülala ehtiyacı olduğunu göstərən işarələrdən biri də yuxu problemleridir. Yuxu problemləriniz varsa, yatmazdan əvvəl zülal ehtiva edən qidalar yemək tövsiyə olunur.

Saç tökülməsi

Saçların 90 faizi keratin adlı zülaldan yaranır. Zülal çatışmazlığı saçların tökülməsinə, nazikləşməsinə və solğunlaşmasına gətirib çıxarır. Saçların sağlam və güclü olması üçün ağartı məhsullarına üstünlük verin, səhərlər yumurta yeyin.

Qaraciyər yağlanması

Zülal çatışmazlığının ən çox rast gəlinən əlamətlərindən biri qaraciyər yağlanmasıdır. Müalicə edilmədiyi təqdirdə qaraciyər iltihabına və qaraciyər çatışmazlığına yol aça bilər.

Oynaq ağrısı

Bədən ehtiyac duyduğu qədər zülal qəbul etməyəndə, tez-tez oynaq ağrıları meydana gəlir. Bu vəziyyət tez-tez təkrar olunarsa, həkimə müraciət edin.

Sümük sınması

Bədəndə zülal miqdarının aşağı olması sümüklərə də əhəmiyyətli dərəcədə təsir edən başlıca amildir. Zülal çatışmazlığı sümüklərin zəifləməsinə, hətta sınmasına təsir göstərir.

Dırnaq qırılması

Orqanizminizdə zülal çatışmazlığı özünü dırnaq və dəridə də göstərir. Zülal çatışmazlığı dırnaqların saralmasına, qırılmasına, dəridə isə ləkələnmə kimi sağlamlıq problemlərinə səbəb olur. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO