Xəbərlər

"Maşın şou"da "qarşıdurma" başladı

  • 29 May 2017
  • 321 baxış

Dünən “M Group Production”ın təşkilatçılığı ilə “Maşın Şou”nun 14-cü mövsümü start götürüb. 

Xalq TV-nin Axşam.az-dan istinaden verdiyi melumata gorei, ATV-də efirə gedən şouya 18 məşhur sima qatılıb. Onlardan doqquzu ötən verilişlərdən təcrübəli olsa da, digər doqquzu proqramda ilk dəfə çıxış edir.

Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Qarşıdurma" adlanır. Veriliş hər axşam saat 22:00-da yayımlanacaq. Qalibə 30 min dollarlıq avtomobil təqdim olunacaq.   

Qeyd edək ki, yarışın iştirakçıları aşağıda adları qeyd olunanlardır:

Rəqqasə Oksana Rəsulova, rejissor Aqil M.Quliyev, Kənan Mahmudov, aparıcı Azər İsmayılov, prodüser Tarix Əliyev, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Cavad Rəcəbov, Elton Hüseynəliyev, Səidə Sultan, Üzeyir Mehdizadə, jurnalist Vüqar Vüqarlı, aktrisa Pərvin Abıyeva, aktyorlar Fərda Xudaverdiyev, Elcan Rəsulov, İslam Mehrəliyev, Səbuhi Xanlarov.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR