idman
\"Neftçi\"nin potensial rəqibi qapıçısını satdı
İspaniyanın "Sevilya" klubunun qapıçısı David Soriya "Xetafe"yə keçib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, qolkiper yeni komandası ilə 4 illik müqavilə imzalayıb.
Transferin qiyməti açıqlanmır. Lakin anlaşmanın şərtlərinə əsasən "Sevilya" qarşıdakı iki ildə qapıçısını qaytarmaq hüququna malikdi. Təbii ki, klub bunun üçün də müəyyən məbləğ ödəməlidi.
Soriya İspaniya çempionatının son mövsümündə 15 oyun keçirib. O, qapısından 18 top buraxıb.
Qeyd edək ki, "Sevilya" Avropa Liqasında Azərbaycanın ən titullu klubu "Neftçi"nin potensial rəqibidi.
XalqTV.com
RƏYLƏR