Siyasət

İtaliya Prezidenti Azərbaycana gələcək

  • 14 Jul 2018
  • 154962 baxış

İtaliya Prezidenti Sergio Mattarella Azərbaycana dövlət səfəri edəcək.

XalqTV.com report.az-a istinadən bildirir ki məlumatına görə, S.Mattarella iyulun 17-də axşam Gürcüstana səfərindən sonra Bakıya gələcək.

Səfərin məqsədi İtaliya və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir.

Səfər çərçivəsində iyulun 18-də S.Mattarellanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Sergio Mattarella ADA Universitetində  mühazirə ilə çıxış edəcək, iyulun 19-da isə İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcək.

Səfər iyulun 19-da başa çatacaq.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR