Hadisə

Yaponiyada ölənlərin sayı 209 nəfərə çatıb

Masya
Masya
  • 14 Jul 2018
  • 158844 baxış

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində  ölənlərin sayı 209 nəfərə çatıb, 20 nəfər itkin düşmüş hesab edilir.


XalqTv.com APA-ya istinadən xəbər verir ki, bu barədə NHK telekanalı xəbər verib.

Ölkənin cənub-qərb və mərkəzi bölgələrində davam edən xilasedici əməliyyatlarda 63 min canlı qüvvə və 80 helikopter iştirak edir. Yaponiyada leysan yağışlar ötən həftənin ortalarından "Prapirun" qasırğasının təsiri nəticəsində meydana gəlib. Ölkənin bir sıra bölgəsinə qısa müddət ərzində 1000 mm-dən çox yağıntı düşüb. Leysan yağışlar çayların məcrasından çıxması və torpaq sürüşmələrinə səbəb olub.

Qeyd edək ki, bu, daşqınlar nəticəsində ölüm halların görə Yaponiya tarixində ikinci ən irimiqyaslı təbii fəlakətdir. 1953-cü ildə Küsü adasında baş verən daşqınlar nəticəsində 759 nəfər ölmüş, 450 min insan evsiz qalmışdır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR