idman

FİFA İngiltərə və Xorvatiyanı cərimələdi

  • 14 Jul 2018
  • 155262 baxış

FİFA İntizam Komitəsi DÇ-2018-in oyunları zamanı media marketinq qaydalarını pozduğuna görə Xorvatiya və İsveç milliləri ilə bağlı qərar qəbul edib.

XalqTV.com goal.az-a xəbər verir ki, İsveç Futbol Federasiyası 50 min isveçrə frankı məbləğində cərimələnib. Buna səbəb milli komandanın futbolçusunun 1/4 finalda İngiltərəyə 0:2 hesabı ilə məğlub olduqları oyunda  ticarət markası göstərməsidir. 

Eyni cəza Xorvatiyaya da verilib. Yarımfinal matçının əlavə vaxtında İngiltərəni 2:1 hesabı ilə üstələyən komanda futbolçusunun üzərində ticarət markası olduğuna görə cəzalandırılıb. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR