İqtisadiyyat

Bitkoin ucuzlaşmaqda davam edir

  • 14 Jul 2018
  • 154551 baxış

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmasını davam etdirir.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, kriptovalyuta 6,2 min dollar ətrafında alınıb satılır. Mütəxəssislər bitkoinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırır.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,06% ucuzlaşaraq 6 265 dollar təşkil edib.

>

Alternativ kriptovalyutalar müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 0,78% və ya 437,3 dollaradək ucuzlaşıb, "Ripple" 0,04% (0,44 dollara qədər), "Bitcoin Cash" 0,26% (698,49 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 249,75 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR