Siyasət

Ərdoğan onunla matç izləyən Tereza Mey ilə belə zafatat etdi

  • 13 Jul 2018
  • 457 baxış

Brüsseldə təşkil olunan NATO sammitində maraqlı anlar yaşanıb.

XalqTv.com haberler-ə istinadla xəbər verir ki, Albaniynın baş naziri Edi Ramanın sosial şəbəkədə "son dəqiqə" (Minuta e Fundit) başlığı ilə yaydığı videoda Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlunun telefonunda Rəcəb Tayyib Ərdoğan, Tereza Mey, Anqela Merkel və Edi Ramaya Xorvatiya-İngiltərə matçını izlətməsi əks olunub.

Oyunu izləyən Ərdoğan Böyük Britaniyanın baş naziri Tereza Meylə zarafatlaşıb.

"Məğlub olsanız, günahı Cüneyt Çakırda görməyin", - deyə Ərdoğan söyləyib.

Bundan başqa videoda Angela Merkelin Tereza Meyə təsəlli verməsi də yer alıb.

XalqTv.com

Videonu izləmək üçün şəklə klikləyin:

Ərdoğan onunla matç izləyən Tereza Mey ilə belə zafatat etdi

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR