\"Mənə Vengerin məsləhətləri lazım deyil\"
"Hər bir məşqçi futbolçularla özü tanış olmalıdır. Mən də bunu etmək istəyirəm. Hər kəslə danışdıqdan sonra isə nəticə çıxarmaq lazımdır".
XalqTV.com qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın baş məşqçisi Unai Emeri deyib. London klubuna yenicə baş məşqçi təyin olunan ispan mütəxəssis komandanın özündən əvvəlki çalışdırıcı Arsen Vengerdən məsləhət almaq istəmədiyini bildirib:
"Vengerdən müəyyən məlumatlar almaq faydalı ola bilər. Amma mənə onun məsləhətləri lazım deyil. Futbolçular şəxsən tanış olmaq və bundan özümün nəticə çıxarmağım daha yaxşı olar. Vengerlə məşqçilərin hər il təşkil olunan görüşlərində danışmışam. Əminəm ki, tezliklə, ya gələn həftə, ya da növbəti ay yenidən görüşəcəyik".
Qeyd edək ki, Emeri "Arsenal"ın sükanı arxasında məhz Vengeri əvəzləyib.
XalqTV.com