Mədəniyyət

Hansı günah hansı acı nəticəyə səbəb olur?

  • 13 Jul 2018
  • 155271 baxış

XalqTV.com deyerler.org-a istinadən bildirir ki, İmam Səccad (ə) bizə hansı günahın hansı bəlalara səbəb olduğunu bəyan etmiş və bizləri bu sahədə maarifləndirmişdir ki, tövbə qapısını unutmayaq.

Nemətləri dəyişdirən günahlar bunlardır: insanların haqqına təcavüz etmək, xeyir işdən uzaqlaşmaq, insanlara yaxşılıq etməkdən uzaqlaşmaq, nemətə küfr etmək, şükrü tərk etmək.

Həsrətə səbəb olan günahlar: insan qətl etmək, sileyi-rəhmi tərk etmək, namazı vaxtı keçənə qədər təxirə salmaq, vəsiyyəti tərk etmək, insanların maddi haqlarını qaytarmamaq, zəkatı tərk etmək.

Neməti məhv edən günahlar: istehza, insanları xar etmək.

Pərdələri cıran günahlar: şərabxorluq, qumarbazlıq, yersiz işlərlə məşğul olmaq, yersiz zarafat etmək, insanların eyiblərindən danışmaq, şərabxorlarla dost olmaq.

Bəlanın nazil olmasına səbəb olan günahlar: qəmlilərin dadına çatmamaq, zülm görmüşlərə yardım etməmək, əmr-be-məruf və nəhy-əz-munkəri zay etmək.

Düşmənlərin qələbə çalmasına səbəb olan günahlar: aşkar zülm, günahları dilə gətirmək, haramı mübah bilmək, yaxşı insanlardan boyun qaçırtmaq, pis insanlara itaət etmək.

>

Ani ölümə səbəb olan günahlar: qohumluq əlaqəsini kəsmək, yalandan and içmək, yalan danışmaq, zina, müsəlmanların yolunu bağlamaq, haqsız yerə imam olduğunu iddia etmək.

Ümidi qət edən günahlar: Allahın rəhmətindən məyus olmaq, Allahın lüftündən ümidsiz olmaq, haqsızlığa söykənmək, İlahi vədəni inkar etmək.

Duanı geri qaytaran günahlar: niyyətin pis olması, batinin çirkin olması, din qardaşları ilə ikiüzlü olmaq, duanın yerinə yetməsinə inanmamaq, namazı vaxtı keçənə qədər təxirə salmaq, xeyir işi tərk etmək, söyüş söymək.

Yağışın qarşısını alan günahlar: əhkamda hökm verənlərin zülm etməsi, haqsız yerə şahidlik etmək, şahidliyi gizlətmək, zəkatı və borcu qaytarmağı tərk etmək, yoxsullara qarşı daş ürəkli olmaq, yetimlərə və yoxsullara zülm etmək.

Allah Təala bizləri hər növ günahdan qorusun!

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR