idman

Daniel Vass \"Valensiya\"ya keçdi

  • 11 Jul 2018
  • 155183 baxış

"Valensiya" heyətini yeni futbolçu ilə gücləndirib.

XalqTV.com goal.az xəbər verir ki, "yarasalar" "Selta"dan yarımmüdafiəçi Daniel Vassı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı danimarkalı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Danimarka yığmasının da şərəfini qorumuş yarımmüdafiəçi "Selta"da 2015-ci ildən çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 35 matçda 4 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR