idman
\"Fənərbağça\"dan 2 yeni transfer
Türkiyənin "Fənərbağça" klubu heyətini 2 yeni futbolçu ilə gücləndirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi TFF 1-ci Liqada mübarizə aparan "Altınordu"dan Berke Özer və Barış Alıcını transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti və digər detalları açıqlanmır.
2000-ci il təvəllüdlü Berke Özer qapıçıdır. 1997-ci il təvəllüdlü Barış Alıcı isə yarımmüdafiəçidir.
XalqTV.com
RƏYLƏR