\"Qəbələ\"nin potensial rəqibləri üz-üzə
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin oyunları keçiriləcək.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki,dünən start götürən ilk oyunlar çərçivəsində daha 6 qarşılaşma baş tutacaq.
Bu qarşılaşmaladan Azərbaycan azarkeşləri üçün daha çox maraq kəsb edəni Makedoniyada keçiriləcək. Burada yerli "Rabotniçki" Macarıstan "Honved"i ilə ilk duelə çıxacaq.
Bu cütün qalibi növbəti raundda "Qəbələ" ilə üz-üzə gələ bilər. Çünki təmsilçimizin Lüksemburq "Proqres"i ilə duelinin güclüsünün rəqibi məhz "Rabotniçki"ylə "Honved"dən biri olacaq.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
11 iyul
17:30. "Banants" (Ermənistan) - "Sarayevo" (Bosniya və Herseqovina)
19:30. "Rabotniçki" (Makedoniya) - "Honved" (Macarıstan) -
19:45. "Vaduts" (Lixtenşteyn) - "Levski" (Bolqarıstan)
20:00. "Fola" (Lüksemburq) - "Priştina" (Kosovo)
20:00. "Klaksvik" (Farer adaları) - "Jalgiris" (Litva)
22:45. "Qlenavon" (Şimali İrlandiya) - "Molde" (Norveç)
XalqTV.com