idman

Totti "Roma"nın heyətində son oyununu keçirib

  • 29 May 2017
  • 245 baxış

İtaliya A seriyasının sonuncu turunda "Cenoa" ilə qarşılaşan "Roma" 3:2 hesablı qələbə qazanıb. XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bu görüş "canavarlar"ın 40 yaşlı oyunçusu Françesko Totti üçün "Roma" forması ilə sonuncu olub.

Görüşün 54-cü dəqiqəsində Muxammed Salahı əvəzləyən "veteran" matçdan sonra azarkeşlərlə görüşərkən göz yaşlarına hakim ola bilməyib.
 
"Roma" ilə 25 il ərzində 786 oyunda meydana çıxan Totti 307 qola imza atıb.
 
Qeyd edək ki, canlı əfsanənin paytaxt təmsilçisini tərk edəcəyi əvvəlcədən açıqlanmış olsa da, onun karyerasını bitirəcəyi, yoxsa başqa klubda davam edəcəyi haqqında məlumat verilməyib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR