idman

Millimizin üzvü \"Bursaspor\"dan gedə bilər

  • 10 Jul 2018
  • 158301 baxış

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökcü "Bursaspor"u tərk edə bilər.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisi onu icarəyə vermək barədə düşünür.

Baş məşqçi Samet Aybaba iyulun 12-dən etibarən keçirəcəkləri yoxlama görüşlərində həm ona, həm də digər gənclərə özlərini göstərmək imkanı verəcək. Lakin çalışdırıcı indiki durumda Kökcü ilə yanaşı, Alper Adəmoğlunun başqa klubda təcrübə toplamasının tərəfdarıdır. Komandanın yarımmüdafiə xəttində oyunçu sayının çoxluğunu nəzərə alan Aybaba adıçəkilən gənclərin ehtiyatda oturmalarını istəmir. Digər gənclərdən Emirhan Aydoğandan məmnun qalan baş məşqçi yeni transfer Yani Atanasovla bağlı qərar verməkdə çətinlik çəkir.

Ötən mövsümü icarə əsasında "Vaalvejk"də keçirən Ozan Can Kökcünün "Bursaspor"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR