idman
\"Roma\" Alisona əvəzləyici tapıb
Əsas qapıçısı Alison Bekker bir çox Avropa klublarının diqqət mərkəzinə düşən "Roma" heyətinə yeni "çərçivə qoruyucusu" cəlb edib.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, İtaliya təmsilçisi Braziliyanın "Palmeyras" klubundan Daniel Fuzatonu transfer edib.
21 yaşlı qapıçı ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ötən gün baş tutan təqdimatda Fuzatonun yeni klubunda 63 nömrəli forma geyinəcəyi açıqlanıb.
XalqTV.com
RƏYLƏR