idman
Balotellinin transferi baş tutmaya bilər
"Nitsa" klubunun hücumçusu Mario Balotellinin "Marsel" klubuna keçidi sual altındadır.
XalqTV.com goal.az xəbər verir ki, Balotelli icazə almadan "Marsel"də tibbi baxışdan keçib.
27 yaşlı italiyalının bu hərəkəti "Nitsa" rəhbərliyini razı salmayıb. Klub Balotellini nəinki cərimələyə, hətta transferinin qarşısını ala bilər.
Düzdür, klubla futbolçu arasında bağlanan texniki müqavilə başa çatıb. Lakin "centlmen razılaşma" qüvvədədir. Yəni Balotelli klubdan razılaşmadan ayrılarsa, 10 milyon avro ödəməlidir.
Əvvəllər "Nitsa" klubunun bu futbolçu ilə daha bir il müqavilə bağlamaq istədiyi deyilirdi. Transfer baş tutarsa, Balotellinin "Marsel" klubunda illik gəliri 7 milyon avro olacaq.
XalqTV.com
RƏYLƏR