\"Noviçok\" qurbanı xəstəxanada öldü - VİDEO - FOTO
Britaniyanın Uiltşir qraflığındakı Eymsberi şəhərində "Noviçok" əsəb-iflic maddəsindən zəhərlənmiş 44 yaşlı Don Sterces vəfat edib.
XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, Darrinqton şəhərinin sakini, Solsberi şəhərindəki hospitalda keçinən D.Stercesin ölümü ilə bağlı Skotland-Yard cinayət işi qaldırıb, istintaq gedir.
Don Sterces və onun qeyri-rəsmi nikahda olduğu 45 yaşlı Çarlz Rouili iyunun 30-da kritik vəziyyətdə hospitala aparılmışdılar. Skotland-Yarddan verilən məlumata görə, onlar "Noviçok"dan zəhərlənibdər. Bu ilin martında Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya məhz "Noviçok"dan zəhərlənmişdilər.
London polisinin antiterror idarəsinin Nil Bazunun dediyinə görə, Don Stercesin ölümünə baiskar olanlar tutulacaq və məsuliyyətə cəlb olunacaqlar.
Çarlz Rouli hazırda hospitalda kritik vəziyyətdədir.
>Britaniyanın baş naziri Tereza Mey bəyanatla çıxış edərək Don Stercesin vəfatından şoka düşdüyünü bildirib.
Britaniyada əhalinin sağlamlığı və epidemiya təhlükələrinə nəzarətlə məşğul olan "Public Health England" dövlət xidmətinin rəhbəri deyib: Don Stercesin vəfatının Solsberi və Eymsberi sakinləri arasında təhvişə, qorxuya səbəb olacağını anlayırıq. Lakin mövqeyimiz dəyişməzdir: əhali üçün risk səviyyəsi aşağıdır. Bununla yanaşı, Solsberi və Eymsberi şəhərlərinin sakinlərinə məsləhət görərdim ki, yerdən ilk dəfə gördükləri əşyaları, xüsusilə də iynələri və qeyri-adi qabları götürüb qaldırmasınlar".
Don Stercesin qonşularının dediklərinə görə, mərhum qadın və onun qeyri-rəsmi nikahda olduğu əri narkoman olublar. Narkoman Sterces də yerdə şpris görüb, qaldırıb və həmin şpris "Noviçok"lu olduğundan, zəhərlənib.
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
> >