idman
İspaniya yığmasının baş məşqçisi müəyyənləşdi
İspaniya millisinin yeni baş məşqçisi Luis Enrike olacaq.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası təcrübəli çalışdırıcı ilə 2 illik müqavilə imzalayacaq.
Luis Enrike Avro-2020-nin sonuna qədər yığmanın başında olacaq.
Fernando Yerronun göndərilməsindən sonra Kike Sançes Flores, Miçel və Viktor Sançesin adı İspaniya millisi ilə hallanırdı.
Qeyd edək ki, İspaniya dünya çempionatında 1/8 finalda penalti zərbələri sonunda Rusiyaya məğlub olaraq, mübarizəni dayandırmışdı.
XalqTV.com
RƏYLƏR