İqtisadiyyat

Ölkənin Liberallaşmasının 5 İqtisadi Təsiri

  • 09 Jul 2018
  • 152574 baxış

Bir millət liberallaşdığında, iqtisadi təsirlər ölkə və investorlar üçün dərinləşə bilər. İqtisadi liberallaşma ticarətin, tənzimləmənin, vergitutmanın və ümumiyyətlə, ölkənin ticarətinə təsir göstərən digər sahələrdə dünyanın qalan hissəsinə "açılmış" bir ölkəni ifədə edir. Əsas qayda olaraq, siz bir ölkənin nə dərəcədə iqtisadi olaraq liberallaşdığını, sözügedən ölkədə investisiya etmək və biznes qurmağın nə dərəcədə asan olmasından yola çıxaraq müəyyənləşdirə bilərsiniz.

Bütün inkişaf etmiş ölkələr (birinci dünya) bu liberallaşma yolunu çoxdan gedib, beləlikə bu yazıdakı əsas diqqət inkişaf etməkdə olan ölkələr olacaq.

Beynəlxalq Ticarət Maneələrinin Qaldırılması
XalqTV.com moneta.az-a istinadən bildirir ki, inkişaf etməkdə olan ölkələrə investisiya etmək, investisiya etdiyiniz ölkənin giriş üçün müəyyən əngəlləri olduğu təqdirdə, bəzən çətin bir məsələ ola bilər. Bu əngəllər vergi qanunları, xarici investisiya məhdudiyyətləri, leqal məsələlər və muhasibat tənzimləmələri və ölkə ilə əlaqə qurmağı çətin və ya imkansız qılan hər şeyi ehtiva edə bilər. İqtisadi liberallaşma prosesi, bu vurğuladığımız əngəlləri rahatlatmaqla və iqtisadiyyat idarəsi üzərindən özəl sektora tətbiq edilən bəzi nəzarətlərdən uzaqlaşmaqla başlayır. Sözügedən proses bəzi tənzimləmələri aradan qaldımağı və şirkətlərin özəlləşdirilməsini əhatə etməkdədir.

Sərbəst Kapital Axışı
İqtisadi liberallaşmanın ilkin hədəfləri millətlər arasında azad sərmayə axışı, resursların səmərəli payşlaşdırılması və rəqabətcil üstünlüklərdən ibarətdir. Bu, adətən tariflər,ticarət qanunları və digər ticarət maneələri kimi qoruyucu siyasətlərin azaldılması yolu ilə aparılır. Ölkəyə axan artmış kapitalin əsas təsirlərindən biri, şirkətlər üçün investorlardan kapitalın əldə olunmasını daha ucuz hala gətirməsidir. Daha az kapital maliyyəti, şirkətlərin daha çox inkişaf etmələrinə imkan yaradaraq, liberizasiya əvvəli daha yüksək bir  kapital xərci ilə əldə edə bilmədikləri karlı layihələrə təşəbbüs etmələrini təmin edir.

Çin hökümətinin önəmli bir iqtisadi islahat həyata keçirdiyi 1970-ci illərin sonlarında Çindəki bu bəhs etdiyimiz inkişaf ssenarisin meydana gəldiyini gördük. Kütləvi miqdarda resurslarla (həm insan, həm də təbii) ölkənin inkişaf etmədiyi və tam potensialına çatmadığına inanırdılar. Beləliklə, daha sürətli iqtisadi böyüməni təşviq etmək üçün Çin, biznes və mülkiyyət sahibkarlığını şövqləndirməyi, beynəlxalq ticarət və xarici investisiyaların məhdudlaşdırılmasını yüngülləşdirməyi və iqtisadiyyatın bir çox aspektləri üzərində dövlət nəzarətini azaltmağı əhatə edən əsas islahatlar həyata keçirdi. Bundan sonrakı bir neçə onillik ərzində Çin, 10% -dən çox ÜDM artım göstəricisi ortalaması əldə etdi.

Birja Performansı
Ümumiyyətlə, bir ölkə liberallaşdıqda birja dəyərləri də həmçinin yüksəlir. Fond idarəçiləri və investorlar həmişə mənfəət üçün yeni imkanlar axtarırlar və paralel situasiyada investisiyaya açıq olan bütöv bir ölkə, kapital axınına səbəb olmağa meylli olur. Sözügedən situasiya təbiətdəki ictimaiyyətə ilkin təklifin (IPO) təxmin edilməsinə və pul axınına oxşardır. İnvestorlar baxımından daha əvvəl əlçatması mümkün olmayan, hərçənd bir anda əlçatan bir müəssisəyə çevrilən özəl bir şirkət, adətən oxşar bir dəyərləndirmə ve nağd pul axışı modeli doğurur.

>

Azaldılmış Siyasi Risklər
Bundan əlavə, liberallaşma investorlar üçün siyasi riskləri azaldır. Hökumətin daha çox xarici investisiyaların cəlb etməsinə davamlılığının təmini üçün yuxarıda qeyd olunanlardan başqa sahələr də həmçinin gücləndirilməlidir. Bunlar, mübahisələri həll etmək üçün güclü bir hüquqi təməl, ədalətli və tətbiq oluna bilən müqavilə qanunları, mülkiyyət qanunları ilə biznes və investorların etibarla fəaliyyət göstərməsinə imkan verən sahələr kimi, ölkədə bizneslə məşğul olmaq həvəsini dəstəkləyən və inkişaf etdirən sahələrdir. Bundan başqa, hökumət bürokratiyası liberallaşma prosesində əlverişli və təkmilləşdirilmiş ümumi bir hədəf sahədir. İnvestorlar üçün daha düşük siyasi risklərlə birlikdə bütün bu dəyişikliklər,  habelə daha düşük səviyyədəki sözügedən bu risk də liberallaşmış ölkədəki fond bazarının baryerlər getdikdən sonra yüksəlməsinə təsir edən səbəbin bir hissəsidir.

İnvestorlar Üçün Diversifikasiya
İnvestorlar öz portfelinin bir hissəsini diversifikasiya olmuş  aktiv sinifinə investisiya edə bilməklə də mənfəət əldə edə bilərlər. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatları kimi inkişaf etmiş və inkişaf etməmiş yaxud inkişaf etməkdə olan ölkələr arasındaki korrelyasiya faizi nisbətən aşağıdır. Hər nə qədər inkişaf etməkdə olan ölkənin ümumi riski ortalamanın üzərində ola bilsə də,  portfelinizə aşağı korrelyasiya aktivi əlavə etmək, portfelinizin ümumi risk profilini azalda bilər.

Buna baxmayaraq, korrelyasiya düşük olsa belə, bir ölkən liberallaştığı zaman, korrelyasiyanın zaman keçdikcə arta biləcəyi mövzusunda bir fərqlilik vurğulanmalıdır.Bu, ölkənin dünyanın qalan hissəsi ilə daha çox inteqrasiya olunduğu və ölkədən kənarda baş verən hadisələrə daha həssas olduğu üçün baş verir. Yüksək inteqrasiya dərəcəsi də böhran riskinin artmasına gətirib çıxara bilər ki, bu da müxtəlif ölkələrdə baş verən böhranların ölkədəki böhranlara səbəb olması riskidir.

Bunun ən yaxşı nümunəsi Avropa İttifaqı (AB) və onun bənzəri görülməmiş iqtisadi və siyasi birliyidır. Aİ ölkələri, bir ölkədəki böhranın digər ölkələrə yayılma ehtimalının yüksək olduğu pul siyasəti və qanunlar ilə bütünləşmişdir. Bu vurğulanan vəziyyət, 2008-2009-cu illərdə başlayan maliyyə böhranında olanın  tam olaraq özüdür. Avropa İttifaqı daxilində daha zəif olan ölkələr (Yunanıstan kimi) digər Aİ üzvlərinə sürətlə yayılmış ciddi maliyyə problemlərini təkmilləşdirməyə başladılar. Bu situasiyada, Aİ üzvü ölkələr arasındaki mövcud yüksək səviyyədəki iqtisadi inteqrasiyanın investor baxımından artırmış korrelyasiya ve yoluxma riskləri yüksəldiyinə görə, fərqli Aİ üzv ölkələrinə investisiya etmək , ciddi sayılacaq bir diversifikasiya faydası təmin etməyəcəkdir.

Nəticə
İqtisadi liberallaşdırma, ümumiyyətlə, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr üçün faydalı və arzu olunan bir prosesdir. Əsas məqsədi ölkədə artım və səmərəliliyin artırılması üçün sərhədsiz kapitalın ölkəyə və ölkə xaricinə axmasıdır. Liberallaşmanın ardından meydana gələn təsirlər, investorlar diversifikasiya və mənfəət üçün yeni fürsətlər təklif edə bilərkən, elə investorlarla bağlı olmalıdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR