İqtisadiyyat

Trampa görə daha bir şirkət İrandan üz çevirdi

  • 08 Jul 2018
  • 156036 baxış

Konteyner daşımalarının həcminə görə dünyanın üçüncü şirkəti olan Fransanın "CMA CGM Group" şirkəti İrandakı fəaliyyətini dayandırır.

XalqTV.com publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin rəhbəri Rodolf Saada verib.

O, ABŞ Prezidenti Donald Trampın İrana tətbiq etdiyi sanksiyalardan özünü qorumaq üçün İrandan çəkildiyini bildirib.

>

Qeyd edək ki, 2016-cı ildə sözügedən şirkət İranın dənizçilik şirkəti ilə saziş bağlamışdı.

Milli/Az

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR