idman

\"Qarabağ\"dan daha bir transfer

  • 06 Jul 2018
  • 157357 baxış

"Qarabağ" növbəti transferini reallaşdırıb. Ağdam klubu qapı xəttini gücləndirib.

XalqTV.com xəbər verir ki, bu barədə "Qarabağ"ın rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Klub Vaqner da Silvanı heyətinə cəlb edib. Braziliyalı qapçı ilə müqavilənin müddəti barədə məlumat verilməyib.

İcarə əsasında Portuqaliyanın "Boavişta" klubunda çıxış edən 32 yaşlı Vaqner karyerası ərzində bu ölkədə "Eştoril", həmçinin Belçikada "Muskron", Braziliyada "Atletiko Paranaense", "İtuano" və "Desportivo Brazil" klublarında çıxış edib.

Asif Mehman
XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR