SAĞLAMLIQ

Hicab bütün dinlərdə var idi

  • 06 Jul 2018
  • 157354 baxış

Tədqiqatlar göstərmişdir ki, hicab tarix boyu böyük əhəmiyyətə malik olan mövzulardan olmuş və bütün dinin davamçıları hicaba riayət etmişdilər.

Hicab mövzusu Həzrət İbrahimin (ə) dövründə də aktual olmuşdur. Belə ki, Tövrat kitabında oxuyuruq: "Getdi və gözlərini qaldıran zaman İshaqı gördü. Öz dəvəsindən yerə endi. Xadimədən soruşdu: "Bu kişi kimdir ki, səhrada bizi qarşılamağa gəlir?". Xadimə deyir: "Mənim ağamdır". Bu zaman hicabını götürüb özünü örtdü".

XalqTV.com deyerler.org-a istinadən bildirir ki, bu deyilənlərdən məlum olur ki, Həzrət İbrahimin (ə) zamanında qadınlar hicaba riayət edərdilər. Rəfəqə İshaqa naməhrəm olduğu üçün dəvədən yerə enir və özünü örtür ki, İshaq onu görməsin.

Yəhudi dinində olan hicab.

İbrahimi (ə) dinlər arasında yəhudi dini ən qədim din sayılır. Tövrat kitabında bu dinin davamçılarının da hicaba riayət etdiyinə işarə edilmişdir. Xüsusi geyimləri olmuş və bər-bəzəkdən uzaq olmuşdular.

Hətta bəzən pərdə arxasından bir-birinə xitab etmişdilər.

Yəhudi dinində iffət mövzusuna xüsusi diqqət edilmişdir. Yəhudanın gəlini barəsində Tövratda oxuyuruq: "Başına hicab bağladı və özünü çadra ilə örtdü. Təmənə yolunda olan Ənyayim darvazasının yanında əyləşdi".

>

Xristian dinində olan hicab.

Villi Dorant bu haqda yazır: "Həqiqətdə xristian dini nəinki yəhudilərin hicab haqqındakı nəzərlərini dəyişdirdi, bəlkə daha şiddətli qanunlar təyin etdi".

Xristianların İncil kitabında (Yeni əhd) iffət mövzusuna işarə edilmiş və qadınlara evdə oturmaq məsləhət görülmüşdür. Həmçinin ictimai yerdə olan hər bir qadına zinətlənmək qadağan olunmuş və hicab vacib buyurulmuşdur.

Həvarilərin rəhbəri olan Peter qadınlara xitab edərək demişdi: "Sizin üçün zahiri zinət, qızıllarını göstərmək deyil, batini insanlıq libası daha qiymətlidir".

Zərdüşt dinində olan hicab.

Zərdüşt dinində də hicab geyinilməsi vacib olmuşdur. Belə ki, "Avesta"da oxuyuruq: "Qadınlar mərasimlərdə deyirdilər: "Hamımız başlarımızı bağlayırıq. Bu halda Əhuranın hüzurunda namaz qılırıq"".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45769 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 609 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 716 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO