İqtisadiyyat

Virtual pul bazarı \"oynayır\"

  • 06 Jul 2018
  • 157282 baxış

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bu gün bahalaşıb.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bitkoin 6,6 min dollar həddini yenidən keçib.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,8% bahalaşaraq 6 619 dollar təşkil edib.

>

Alternativ kriptovalyutalar da bahalaşıb. Belə ki, "Ethereum" 3,11% və ya 475,38 dollaradək bahalaşıb, "Ripple" 1,89% (0,49 dollara qədər), "Bitcoin Cash" 0,93% (764,21 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 271,89 milyard dollar təşkil edir və bunun 41,7 faizi bitkoinin payına düşür.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR