Veriliş

Ev şəraitində şokoladlı plombir

  • 06 Jul 2018
  • 159437 baxış

Bu isti yay günlərində yegənə xilaskarımız sərinləşdirici içkilər və soyuq dondurmalardır. XalqTV.com asan və dadlı şokoladlı plombir reseptini təqdim edir.

Tərkibi:

1 stəkan süd

400 qr şəkər tozu

100 qr şokolad

6 ədəd yumurta sarısı

3 stəkan yağlı qaymaq

>

Hazırlanma qaydası:

Süd, şəkər tozu və yumurta sarılarını bir qabda su hamamına qoyun.

Üzərinə şokoladı sındırıb əlavə edin. Bu qarışığı qatılaşanadək qarışdırın.

Qarışığı soyudun və möhkəm çalınmış qaymaqla birləşdirin.

Qarışığı yaxşıca qarışdırın və dondurma formalarına yaxudda sadə qabda soyuducuya yerləşdirin.

Zövqə görə dondurmanı süfrəyə meyvə dilimləri ilə verə bilərsiniz. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR