idman

PSJ rəhbərliyi futbolçuya görə \"savaşır\"

  • 05 Jul 2018
  • 157295 baxış

PSJ-nin yarımmüdafiəçisi Adrien Rabio klubda problemə səbəb olub. 

XalqTV.com goal.az-ə istinadən xəbər verir ki, prezident Nasser əl-Xelaifi ilə idman direktoru Antero Enrikenin fransalı futbolçu barədə fikirləri üst-üstə düşməyib.Belə ki, əl-Xelaifi 23 yaşlı oyunçu ilə yeni müqavilə bağlamağın tərəfdarıdır. Enrike isə Rabionun istəklərinin yüksək olduğu qənaətindədi və onun satılmasının tərəfdarıdır. Ulduz futbolçu yeni sözləşmə üçün aylıq 600 min avro maaş tələb edir.

Qeyd edək ki, Adrien Rabio Barcelona ilə yanaşı, İspaniya, İtaliya və İngiltərə klublarının maraq dairəsindədir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR