idman
FİFA Maradonanı haqsız çıxardı
FİFA Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradonanın Rusiyada keçirilən dünya çempionatı barədə səsləndirdiyi ittihamlara cavab verib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ali futbol qurumu yaydığı bəyanatda veteran futbolçunun son olaraq İngiltərə - Kolumbiya matçının baş hakimi Mark Qeyqerlə bağlı tənqidlərinin əsassız və xoşagəlməz olduğu bildirilib:
"Haqqımızda edilən şərhlər və ittihamlar tamamilə əsassız və xoşagəlməzdir. Mark Qeyqerin həmin oyundakı idarəçiliyi FİFA tərəfindən müsbət qiymətləndirilib".
Qeyd edək ki, Maradona M. Qeyqerin Kolumbiya millisinin qapısına təyin etdiyi penalti qərarını sərt tənqid etmiş, onu oğru adlandırmışdı.
XalqTV.com
RƏYLƏR