idman
İquainin bir ayağı \"Çelsi\"də!
"Yuventus"un forvardı Qonsalo İquainin "Çelsi"yə transferi yekunlaşmaq üzrədi.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, "zadəganlar" 60 milyon avro qarşılığında argentinalı futbolçunun transferini razılaşdırıblar.
"Yuventus" həmin məbləği "Real"ın hücumçusu Kriştianu Ronaldonun transferinə yönəltmək niyyətindədi.
Yaxın günlərdə "Çelsi"yə baş məşqçi təyin olunacağı gözlənilən Maurtisio Sarrinin "Napoli"dən oyununa bələd olduğu Qonsalo İquainin transferində xüsusi maraqlı olduğu bildirilir.
XalqTV.com
RƏYLƏR