SAĞLAMLIQ

Damarların daralması və yüksək təzyiq zamanı sarımsaq cövhəri

  • 05 Jul 2018
  • 155058 baxış

Alimlərin fikrinə görə, sarımsaq damarların daralması və ateroskleroz zamanı çox yaxşı təsir edir.

Ateroskleroz ürək-damar sistemi xəstəliklərin, infarkt və insultun əsas səbəbi sayılır.  

Həmçinin sarımsağın müntəzəm istehlakı arterial təzyiqi normaya salmağa kömək edir. Sarımsağın tərkibində olan bioloji aktiv maddələr qanı duruldur, damarları genişləndirir ki, bu da təzyiqin normallaşmasına kömək edir.

Mütəxəssislər bu məqsədlərlə sarımsaq cövhərini istifadə etməyə tövsiyə edir.

XalqTv.com saglamolun.az-a istinadən bu cövhərin reseptini təqdim edir. 

Cövhərin hazırlanması:

3 limon və 3 baş sarımsaq (orta ölçüdə) götürün. Sarımsağı təmizləyin. Sarımsaq və limonu (qabıqlı şəkildə) ətçəkən maşınında çəkin, üzərinə 1,5 l qaynanmış ilıq su tökün, 1 gün isti yerdə saxlayın, sonra süzün.

Cövhəri 1 x.q. olmaqla gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin.

Bu çovhəri uzun müddət ərzində istifadə etmək olar. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO