SAĞLAMLIQ

Bakıda 62 nəfəri gün vurub

Masya
Masya
  • 04 Jul 2018
  • 152092 baxış

Havaların isti keçməsi ilə əlaqədar may ayından indiyədək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə 62 nəfər günvurma şikayəti ilə müraciət edib.

XalqTV.com xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova Trend-ə bildirib ki, Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 22-ə ambulator yardım göstərilib, 40-a isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib.

Müraciət edən 62 nəfərin 46-sı kişi, 12-si qadın olub. Günvurma şikayəti ilə müraciət edənlər arasında 4 uşaq olub.

S.Əhmədova bildirib ki, dünən günvurma şikayəti ilə 10 nəfər müraciət edib. Onların 9-u xəstəxanaya yerləşdirilib. Bu il günvurmadan ölüm halı baş verməyib.

Qeyd edək ki, iyulun əvvəlindən ölkədə anomal isti hava şəraiti hökm sürür.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45342 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 182 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 194 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 164 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 211 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO