Dünya
\"Arxasız\" ev - qışda isti, yayda sərin - FOTO
ABŞ-ın Klinton şəhərində tikilən "arxasız" ev istənilən hava şəraitinə qarşı dözümlüdür.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, ilk baxışdan adi evlərdən seçilməyən 2 mərtəbəli ensiz binanın bir hissəsi torpağın altındadır. Maraqlıdır ki, bina arxadan da torpaqla örtülüdür.
Yaşayış sahəsi 300 kvadratmetr olan ev 3 yataq, 1 qonaq, 2 vanna otağı və mətbəxdən, eləcə də köməkçi sahələrdən və qarajdan ibarətdir. Binaya təbii işığın az düşməsi onun yeganə mənfi cəhəti hesab olunur.
>Ev sakinləri komfort şəraitdə yaşayırlar, çünki burada qışda isti, yayda isə sərin olur.
XalqTV.com
RƏYLƏR