Siyasət

"Azərbaycan almaları Ermənistan hakimiyyətini qıcıqlandırır"

  • 08 May 2017
  • 233 baxış

Azərbaycan almalarının Ermənistanda populyarlığı ölkə hökumətini bu meyvələri müsadirə etməyə məcbur edib.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "The Hill" jurnalındakı məqaləsində Raul Louri Kontreras yazıb.

Müəllif qeyd edib ki, iki ölkənin de-fakto "müharibə vəziyyətində" olmasına baxmayaraq, son həftələrdə bir çox Ermənistan sakini Azərbaycan məhsulu olan yaşıl almalar alıb.

Bütün Ermənistanda, eləcə də Yerevanda satılan məhsulların üzərinə Azərbaycanın ixracat şirkəti - "DAD" şirkətinin loqoları vurulub.

Məqalədə qeyd olunub ki, Ermənistan hökuməti "alma qalmaqalı"ndan o dərəcədə narahat olub ki, bütün şəhərlərə və yaşayış məntəqələrinə bu məhsulların müsadirəsini həyata keçirən agentlərini yollayıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR