Mədəniyyət

Namaz neçə yaşından qılınmalıdır?

  • 03 Jul 2018
  • 157316 baxış

İnsan yetkinlik yaşına çatdığı gündən vacib ibadətlərini yerinə yetirməli, o cümlədən, namaz qılmalıdır. Qız uşaqlarının yetkinlik yaşı cəfəri məzhəbində hicri-qəməri təqvimlə 9 yaş (miladi 8 il 9 ay), oğlanlar üçün 15 yaş (miladi 14 il 7 ay) qəbul edilib. Şafii və hənbəli məzhəblərində həm qızların, həm də oğlanların 15 yaşından gec olmayaraq yetkin olduqları qəbul edilib.

XalqTV.com islam.az-a istinadən bildirir ki, malikilərdə bu hədd 17 yaşdır, hənəfilərdə isə qızlar üçün 17, oğlanlar üçün 18 yaş götürülür. Amma bütün məzhəblərin fikrincə, əgər bu yaşdan əvvəl qızlarda menstruasiya baş versə, oğlanlardan məni gəlsə və ya hər iki cinsdə qarnın aşağıdarında cod tüklər bitsə, yetkin sayılırlar. Vaxtında qılınmamış namazların hamısı qəza edilməlidir.

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR