DÇ-2018: Neymarı ələ saldılar - VİDEO - FOTO
Rusiyada keçirilən DÇ-2018-də dünən oynanmış Braziliya-Meksika matçının gedişatı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, Braziliya yığmasının 2:0 hesabla qalib gəldiyi matçda qol vuran, ikinci qola assistentlik edən Neymarın davranışı xüsusilə hiddət doğurub.
İngiltərə yığmasının sabiq ulduzu, 57 yaşlıv Hari Lineker yazıb: "Neymarın ağrıya heç dözümü yoxmuş. Üstəlik də, əla aktyormuş".
İspaniyanın "Sevilya" klubunun və Meksika yığmasının müdafiəçisi Migel Layun təsadüfən Neymarın sağ ayağını basdalayıb. Bundan sonra yerə sərilən Neymar qışqırmağa, inildəməyə, qıvrılmağa başlayıb.
Neymarın hərəkətləri sosial şəbəkələrlə ələ salınıb, lağlağı obyekti olub.
>Azarkeşlər Neymarı "Oskar" mükafatına layiq aktyor adlandırıblar.
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
/> vspace="5" />