idman

Məhəmməd Əlinin malikanəsi satılır - FOTO

  • 02 Jul 2018
  • 1248761 baxış

Dünyanın boks əfsanəsi, mərhum Məhəmməd Əlinin malikanəsi satışa çıxarılıb.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, Miçiqan ştatındakı Berrien-Sprinqs şəhərində yerləşən, 81 hektarlıq əraziyə malik malikanənin ərazisində 2 ev, massaj kabineti, basketbol meydançası, boksla məşğul olmaq üçün məkan var. Malikanənin ərazisindən çay axır, orada nohur var.

Məhəmməd Əli bu malikanəni 1975-cit ildə satın almışdı.

>

Parkinson xəstəliyinə tutulandan sonra o, həmin malikanədə yaşayıb.

Malikanənin satış qiyməti 2,895 milyon dollardır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR