SAĞLAMLIQ

Uşağı dənizə apararkən diqqətli olun

  • 02 Jul 2018
  • 155256 baxış

Yaşyarımlıq xəstə uşağı dənizə aparıblar və vəziyyəti ağırlaşıb. Dənizin suyu, qumu, günəşi, havası uşaqlar üçün faydalıdır. Lap körpə uşaqları da dənizə aparmaq olar, amma sağlam uşaqları aparmaq lazımdır.

XalqTV.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev sosial şəbəkədə yazıb. Həkim uşaqların dənizə necə aparılması ilə bağlı valideynlərə bir çox məsləhətlər verib:

"Səhər saat 10-dan axşam saat 5-ə kimi dənizə germək düzgün deyil. Küləkli havada dəniz ziyanlıdır. Dənizin kənarında dayanan zaman mütləq çətirlərdən istifadə etmək lazımdır. Valideynlər dəniz suyunun körpə uşaqların ağzına getməməsi nə xüsusi diqqət etməlidir. Bundan başqa, qulağına su keçməməsi üçün xüsusi qulaqcıqlardan istifadə edə bilər.

Əgər qum uşaqların ayaqlarını incitmirsə, onlar qumun üzərində ayaqyalın gəzsə yaxşıdır. Uşağın dərisini qısa müddətdə yandırmaq olmaz.

Son olaraq, su mütləq təmiz olmalıdır.

Bu qaydalara əməl olunmasa, uşaq müxtəlif infeksiyalara yoluxacaq".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO