idman
İspaniyadan rekord, Ramos Kasilyasa çatdı
DÇ-2018-in 1/8 final mərhələsinin Rusiya ilə oyunu Serxio Ramos üçün əlamətdar olub. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, 32 yaşlı oyunçu milli komanda ilə mundiallarda ən çox meydana çıxan oyunçu rekorduna şərik olub.
DÇ-də 17-ci dəfə yığmanın formasını geyinən Ramos bununla da İker Kasilyasa çatıb.
İspaniya yığması isə İqnaşeviçin 12-ci dəqiqədə öz qapısına vurduğu qolla bütün turnirlərdə ardıcıl 23-cü oyunda da qolsuz qalmayıb və rekorda imza atıb.
XalqTV.com
RƏYLƏR