Dünya

Türkan Şoray sənətdən getdi

  • 30 Jun 2018
  • 157361 baxış

Türkiyə kinematoqrafiyasının sevilən ulduzu Türkan Şoray sənətdən getdiyini bəyan edib.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, məşhur aktrisa qərarını artıq diqqətini cəlb edəcək ssenarilərin olmaması ilə əsaslandırıb.
 
T.Şoray bildirib ki, məhz bu səbəb onun 58 illik film karyerasına son qoyması ilə nəticələnib və qərarını dəyişmək fikrində deyil.
 
Qeyd edək ki, iyunun 28-də 73 yaşını qeyd edən aktrisa İstanbulda dünyaya gəlib. İlk çəkildiyi rol isə 1960-cı ildə ekranlara çıxan "Köyde bir kız sevdim" filmindəki Sabiha obrazı olub.
 
Məşhur aktrisa karyerası boyunca 222 filmə çəkilib və dəfələrlə müxtəlif film festivallarının qalibi olub.

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR