SAĞLAMLIQ

Çimərlik mövsümü zamanı...

  • 29 Jun 2018
  • 154982 baxış

Dəri xəstəliklərinin çox böyük əksəriyyəti günəş şüalarının təsiri nəticəsində yaranır. Xüsusilə çimərlik mövsümü zamanı həmin xəstəliklərin yaranması ehtimalı artır.

XalqTv.com AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu Zülfüqar Fərəcovun dediyinə görə, həmin təsir nəticəsində dəri xərçənginin yaranması da istisna edilmir: "Günəş şüalarının təsiri nəticəsində dərinin iltihabı reaksiyaları müşahidə olunur. Eyni zamanda, yay aylarında tərləmə nəticəsində dəridə gedən dəyişikliklər göbələk, uzun müddət günəş şüaları altında qaldıqda qırmızı qurd eşənəyi, sklerodermiya və digər dəri xəstəlikləri əmələ gətirə bilər".

Baş dermatoveneroloq allergik xəstəlikləri olanların və dərman qəbul edənlərin çimərliyə getməməsini məsləhət görüb. Çimərliyə gedənlərin isə günəş şüalarının dəriyə mənfi təsirindən qoruyan xüsusi kremlərdən istifadə etməsinin zəruriliyini qeyd edib. O deyib ki, dəridə qızartı, qaşınma və şişkinlik əmələ gələndə dərhal həkimə müraciət olunmalıdır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45770 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 638 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 641 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 610 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 717 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO