Siyasət

\"Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil\"

  • 29 Jun 2018
  • 154633 baxış

Dünya ABŞ-ın tələblərinə tabe olmağa məcbur deyil.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, bu, ilk növbədə İrana qarşı sanksiyalara aiddir.

Nazirin sözlərinə görə, Türkiyə ilə İran arasında bəzi fikir ayrılıqları olsa da, bu o demək deyil ki, Ankara İrana qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyalara qoşulmalıdır:

"ABŞ-ın İrana sanksiya tətbiq etmə qərarı bütün regiona, o cümlədən Türkiyə və Səudiyyə Ərəbistanına mənfi təsir göstərəcək".

O həmçinin əlavə edib ki, İran Türkiyənin iqtisadi və strateji tərəfdaşıdır.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR